Məzmuna keç

xal

Wiktionary saytından
  • azərbaycanca: xal
İsim Tək Cəm
Adlıq halı xal xallar
Yiyəlik halı xalın xalların
Yönlük halı xala xallara
Təsirlik halı xalı xalları
Yerlik halı xalda xallarda
Çıxışlıq halı xaldan xallardan

Mənalar :[1]https://web.archive.org/web/20131102032600/http://azerdict.com/izahli-luget/xal

    1. Ya anadangəlmə, ya da sonradan dəri üzərində əmələ gələn xırda, dəyirmi ləkə. Üzündə xal var. Qara xal. – Zəfərin yanında ucaboylu, çatma qaraqaşlı, sağ yanağında iri xalı olan bir gəlin vardı. Ə.Vəliyev. [Qızın] sağ yanağındakı xal üzünə xüsusi bir gözəllik verirdi. Ə.Sadıq. _ Xal kimi – çox kiçik, bambalaca. Ay bir xal kimi uzaqlarda dolaşır. R.Rza. O kimdir; Yüksəlir boşluqlarda; Görünür bir xal kimi. M.Seyidzadə. Bu nədir, Göygöldə kəpənək uçur; Sonsuz mavilikdə ağ bir xal kimi. N.Xəzri.
    2. Cürbəcür saplarla, rənglə vurulan naxış. Xalının əlvan xalları. Gözəl xalları olan cecim. – Söylənir Şəkinin ipək malları; Quba xalçasının qara xalları. S.Vurğun. _ Xal vurmaq – naxış salmaq. Səltənət bu şəkillərə vurduğu hər ilmək, hər xal üstündə əsmişdi. Mir Cəlal.
    3. Qumar kağızının, zərin və s.-nin üstündəki nişanlardan hər biri.
    4. İdman yarışlarında və oyunlarında qiymət qoyarkən hesablama vahidi. Komanda gələn görüşləri yüksək səviyyədə keçirib, daha çox xal toplamağa çalışmışdır. // Ümumiyyətlə, say, miqdar bildirir. Bir xal artıq. – [Cəbi:] Getdikcə bir xal azaldardım. S.S.Axundov. [Kərəmxan:] Bu iki xalı eləbelə qəsdən uduzdum. İ.Əfəndiyev.
    5. Musiqinin əsas melodiyası ilə həmahəng olan yeni hissə, yeni cəhət. Səsindəki məlahət və mahnının səmimi ahəngi [Xəlilin] bəzən yanlış vurduğu xalları duymağa qoymurdu. M.Hüseyn. Musiqidən az-çox başı çıxan adam radioda, adını eşitməsə belə, çalanın Qurban olduğunu dərhal təyin edər. Onun özünə məxsus üslubu vardır. Onun vurduğu rənglər, xallar, nida və intonasiyalar zəngin, incə və orijinaldır. İ.Əfəndiyev. ◊ Xal vurmaq – fikrini, sözünü üstüörtülü şəkildə eyhamla, işarələrlə çatdırmaq. [Hümmət] sözünü dəyişib zarafatyana bir xal vurdu. B.Bayramov.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]