azərbaycanca: dayanmaq
Mənalar :[1]https://web.archive.org/web/20131023124605/http://azerdict.com/izahli-luget/dayanmaq
- ↑
- Hərəkətsiz hala düşmək; hərəkətini, işini saxlamaq. Kim isə zəncirləri yerə atır. Dəzgah xırp dayanır. M.İbrahimov. Qazma borusunun yoxluğu üzündən buruqda işlər dayandı. M.Hüseyn. // Fəaliyyətdən qalmaq, daha fəaliyyət göstərməmək, fəaliyyətini kəsmək. Və onlara bildirildi ki, “Şərqi-Rus” qəzeti müvəqqəti olaraq dayanıbdır. C.Məmmədquluzadə. // Kəsilmək, qurtarmaq, ara vermək. Külək yatır, qar dayanır, açılır səhər. S.Vurğun.
- Bir yerdə qərar tapmaq, gəlib bir yerdə durmaq, daha irəli hərəkət etməmək. Maşın bir dövrə vurub dayandı. Mir Cəlal.
- Ayaq üstə durmaq. Qapılar örtülüb qapanmışdır; Arxasında nökər dayanmışdır. A.Səhhət. Bəzən ayna qabağında dayanıb gəlin; Öz hüsnünə dönə-dönə baxır vüqarla. S.Vurğun. // Durmaq, çəkmək. Növbədə dayanmaq.
- Dözmək, tab gətirmək, davam gətirmək, qatlaşmaq. Sabitqədəm olsaydı əgər yari-vəfadar; Aşiq dəxi qaçmazdı bəladan, dayanardı. M.Ə.Sabir. Könlümün şüşəsi, saqın ki, sınar; Toxunursa ayna daşa dayanmaz. Aşıq Ələsgər. [Hacı:] Hər gunə əziyyətə dayandıq. C.Cabbarlı.
- Səbat göstərmək, üstündə durmaq, israr etmək. Sözünün üstündə dayanmaq.
- Bir şey haqqında müfəssəl danışmaq. ..Mən də bu sözün üstə çox dayanıb uzunuzadı danışmaq istəmirəm. C.Məmmədquluzadə.
- Səbir etmək, gözləmək, toxtamaq, duruş gətirmək. Bir qədər dayanmaq lazımdır. – Dedi: – Qışdır hənuz, həmsayə; Meynə fəsli deyil, dayan yayə. M.Ə.Sabir. Cahangir cavab vermədi, o qəsdən bir az da qaşqabağını sallayaraq dayandı. S.Rəhman. _ Dayanıb durmaq – sakit durmaq, toxtamaq, heç bir təşəbbüs, hərəkət göstərməmək, iş görməmək, heç nə etməmək. Daya- nıb duran yerdə – heç bir səbəb olmadan, nahaqdan.
- Qalxmaq, yüksəlmək (adətən “ərşə”, “göyə” sözləri ilə). Fərraşların küçələrdə .. səsi hər dəqiqədə ərşə dayandı. M.F.Axundzadə. Əkdiklərimin tamamı yandı; Fəryadlarım göyə dayandı.. M.Ə.Sabir. Bir matəm paltarı geymiş üfüqlər; Tüstülər ah çəkib göyə dayanır.. S.Vurğun.
Dünya xalqlarının dillərində
[redaktə]
Tərcümələr :
Ural-Altay dil ailəsi: Türk qrupu
[redaktə]
Tərcümələr :