39°02′40″ şm. e. 125°45′11″ ş. u.HGYO

Zəfər tağı (Pxenyan)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Zəfər tağı
kor. 개선문
Zəfər tağının şimaldan görünüşü
Xəritə
39°02′40″ şm. e. 125°45′11″ ş. u.HGYO
Ölkə  Şimali Koreya
Şəhər Pxenyan, Şimali Koreya
Aidiyyatı 1925-1945-ci illərdə Yaponiyaya qarşı müqavimət
Tikilmə tarixi 1982
Eni 50 m (160 ft)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zəfər tağı (kor. 개선문) Şimali Koreyanın paytaxtı, Pxenyanda yerləşir. Abidə 1925–1945-ci illər aralığında Yaponiya hücumlarına qarşı Koreya müqavimətini təcəssüm edir. Bu, Mexiko şəhərində yerləşən Monumento a la Revolusion adlanan zəfər tağıdan sonra dünyanın ikinci ən hündür zəfər tağı hesab olunur.[1]

İnşası 1982-ci ildə başlamış və prezident Kim İr Senin Koreyanın müstəqilliyi uğrunda göstərdiyi hərbi roluna görə tikilmişdir. Abidənin açılışı isə onun 70 illiyinin qeyd olunduğu günə təsadüf etmişdir.[2]

Abidənin struturu Parisdə yerləşən zəfər tağıdan götürülmüş lakin ondan 10 metr (33 ft) daha uzun inşa edilmişdir. Abidə bir çox otaqlardan, müşahidə platformalarından və liftlərdən ibarətdir. Həmçinin burada 4 qübbəli darvazalar var ki, bunlarında hər biri 27 m (89 ft) hündürlükdədir və üzərilərinə azaliya həkk edilmişdir. Abidənin üzərinə inqilabi himn hesab olunan "General Kim İr Senin musiqisi" və həmçinin Koreyanın azadlıq tarixi hesab edilən 1945 yazısı həkk edilmişdir.[3]

Abidə gecələr işıqlandırılır və hər hansı elektrik nasazlığını önləmək üçün özünün dizel generatoru var.

  1. "Guide to Pyongyang". The People's Korea. 2008-09-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-01-25.
  2. McCormack, Gavan, Target North Korea: Pushing North Korea to the Brink of Nuclear Catastrophe, p. 59. Nation Books, 2004, ISBN 1-56025-557-9.
  3. Justin Corfield. Historical Dictionary of Pyongyang. Anthem Press. July 2013. 9–. ISBN 978-0-85728-234-7.