40°22′10″ şm. e. 49°50′06″ ş. u.HGYO

Nizami Gəncəvinin heykəli (Bakı, 1949)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bu məqalə Nizami Gəncəvinin heykəli (Bakı, 1949) haqqındadır. Digər mənalar üçün Nizami Gəncəvinin heykəli səhifəsinə baxın.
Nizami Gəncəvinin heykəli
Xəritə
40°22′10″ şm. e. 49°50′06″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir Nizami bağı
Heykəltaraş Fuad Əbdürəhmanov
Memar Mikayıl Hüseynov
Sadıq Dadaşov
Tikilmə tarixi 1949
Texnikası tökmə
Material tunc
İstinad nöm.445
KateqoriyaHeykəl
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Nizami heykəli (Bakı)
Nizami heykəli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nizami Gəncəvinin heykəliXII əsr dahi Azərbaycan şairi Nizami Gəncəviyə 1949-cu ildə Bakı şəhərində qoyulmuş abidə.

Heykəl Bakı şəhərində, Nizami meydanında , İstiqlaliyyət, Əhməd Cavad, Azərbaycanİslam Səfərli küçələrinin kəsişməsində qoyulmuşdur. Heykəlin açılışı 1949-cu ilin[1] aprelində olmuşdur. Heykəlin müəllifi Azərbaycanın xalq rəssamı Fuad Əbdürəhmanov, memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovdur.

Texniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Heykəl 9 metrlik, səkkiz bucaqlı postament üzərində qoyulmuş 6 metrlik bürünc abidədir.Tuncdan tökülmüş Nizami Gəncəvinin fiquru ayaq üstə durmuş vəziyyətdə ucaldılmışdır. Nizaminin əlində lülə halında bükülmüş kagız vardı, onun nəzərləri Nizami muzeyinin Azərbaycan ədəbiyyatı klassiklərinin heykəlləri qoyulmuş eyvanına yönəlmişdi. [2]

Şairin obrazının bitkin açılması üçün heykəltaraş qədim Azərbaycan libasından — əbadan və çalmadan böyük məharətlə istifadə etmişdir. Əbanın iri, ağır bükükləri qalın, kip parça təsəvvürü yaradırdı. Başına dolanmış çalmanın bir tərəfi onun çiyninə düşmüşdür. Abidədədəki Nizaminin üzündən və simasından, onun bütün görkəmindən müdriklik və böyüklük oxunur.

Estetik təsviri

[redaktə | mənbəni redaktə et]

Dahi Nizaminin tunc heykəli səkkiz üzlü qırmızı qranit özül-pyedestal üzərində yüksəlir. Onun üzərində Nizami Gəncəvi dövrünün azərbaycan memarlıq elementlərindən istifadə edilibdir. Abidə aşağıdan, postamentin üzlərinin sayına görə səkkiz tunc barelyefdən ibarətdir və eni bir metrə qədər olan qurşaqla dövrələnmişdir. [3] Bunların yeddisinin üzərində Nizaminin "Xəmsə"sinin sujetlərinə aid şəkillər verilmişdir. Burada biz dağları yaran Fərhadın və at belində Şirinin, sevgililər – Leyli və Məcnunun, hökümdar Nüşabə ilə söhbət edən Makedoniyalı İsgəndərin, əjdaha ilə vuruşan Bəhramın, bayquşların söhbətinə qulaq asan şahla onun vəzirinin və Nizaminin poemalarındakı başqa unudulmaz obrazların təsvirlərini görə bilərik.[4]

  1. Bakının heykəlləri[ölü keçid]
  2. "Monumental abidənin yeni həyatı". 2018-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-17.
  3. "Mühazirə deyən heykəl: Nizami Gəncəvi – Yeni Bakının köhnə abidələri". 2018-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-20.
  4. "Arxivlənmiş surət". 2018-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-17.