Antisfen

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Antisfen
Ἀντισθένης
Doğum tarixi e.ə. 444
Vəfat tarixi e.ə. 365
Vəfat yeri
Dövr Ellinizm
İstiqaməti Kinik məktəbi
Əsas maraqları fəlsəfə
Təsirlənib Sokrat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlərTrasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
NeopifaqorçuluqApollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

Antisfen (yun. Ἀντισθένης) — qədim yunan filosofu; Kinik məktəbinin yaradıcısı, Diogenin müəllimi.

Antisfen Afinalı əvvəl Qorgiasın, sonra isə Sokratın şagirdi və ən sadiq dostu olmuşdur. Sokrat təlimini inkişaf etdirən və yalnız tək fərdi şeylər haqqındakı biliyi həqiqət sayan kinik (Kiniklər) məktəbinin banisi Antisfen etikaya, siyasətə, idrak nəzəriyyəsinə, dil fəlsəfəsinə, ritorikaya, ədəbi tənqidə aid əsərlər yazmışdır. Sokratın vəfatından sonra Kinosarqda (kasıb ailələrin uşaqları oxuduğu gimnaziyada) öz məktəbini açmış və ellin mənbələrinə əsasən Sinoplu Dioqenin müəllimi olmuşdur.

Antisfen fəlsəfəsində ümumi anlayışların mövcudluğu inkar edilir. O hesab edirdi ki, yalnız fərdi şeylər vardır. Antisfen deyirdi: "Mən atı görürəm, atlığı yox"[1] və iddia edirdi ki, insanı görmək mümkündür, insanlığı yox. Hər bir fərdi şey haqqında demək olar ki, o vardır. Məsələn, "at atdır", "fil fildir". Ümumi şeylər isə yoxdur, onlar yalnız insan düşüncəsindədir[2]. Bu baxımdan Antisfeni ilk nominalist (ümumi anlayışların mövcud olmasını inkar edən fəlsəfi cərəyan) adlandırmaq mümkündür. Bu problem sonralar orta əsr fəlsəfəsinin əsas mövzularından biri olmuşdur.

Antisfenə görə fəlsəfənin vəzifəsi insanın iç aləminin araşdırılmasından ibarətdir. Ərdəmə (xeyrə doğru yönəlmə) çatmaq, xeyirlə həyat sürmək həyatın mənasıdır ki, buna da abidliklə çatmaq mümkündür[3].

İnsan öz təbiətinə uyğun yaşamalı, şəxsi maraqlarını cəmiyyətin maraqlarından üstün saymalıdır.

Heyvanların (özəlliklə də itlərin) həyatı insanlar üçün təbii yaşamın nümunəsi olmalıdır. Ona görə də, Antisfenə "İt" (yun. κῠνικοί – kinik) ləqəbini vermişdirlər[4]. Bu səbəbdən sonralar onun bütün ardıcılları kinik adlandırılmışdır. Ancaq başqa bir məlumata görə məktəbin adı Antisfenin dərs dediyi yerin adı ilə bağlıdır.

Eyni zamanda, Antisfen özünü hansısa dövlətin deyil, bütün dünyanın vətəndaşı elan etmişdir. Dini və ictimai qanunlar da onun tərəfindən inkar olunurdu.

Antisfen kiniklərdən fərqli olaraq təəccübləndirici "utanmazlığı" təbliğ etməyərək və Platonla polemika apararaq stoik etikasının ritorik istiqamətinə təsir göstərmişdir. Xoşbəxtlik üçün ləyaqət (əxlaqi mükəmməllik) tək və kifayət şərt tanıyaraq, cah-calal və kef-səfaya nifrət etmiş ("bir dəfə kef çekməkdənsə ağlını itirmək yaxşıdır"), əzab çəkməyi səadət hesab edərək, Sokratın daxili azadlıq idealını təbliğ etmiş, afina cəmiyyətini, o cümlədən mövcud quldarlıq institutunu və qadınların cəmiyyətdə hüquq bərabərsizliyini tənqid etmiş, politeizmi ("təbiətən bir allah mövcuddur") rədd etmişdir. Antisfen etika, məntiqepistomologiya üzərində işləyərək müəyyənlik nəzəriyyəsini təklif etmişdir.[5]

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 101-102. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 101-102. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  • Brancacci, Aldo. Oikeios logos. La filosofia del linguaggio di Antistene, Napoli: Bibliopolis, 1990 (fr. tr. Antisthène, Le discours propre, Paris, Vrin, 2005)
  • Dudley, Donald R. (1937), A History of Cynicism from Diogenes to the 6th Century A. D.. Cambridge
  • Long, A. A. (1996), "The Socratic Tradition: Diogenes, Crates, and Hellenistic Ethics", in Bracht Branham, R.; Goulet-Caze Marie-Odile, The Cynics: The Cynic Movement in Antiquity and Its Legacy. University of California Press.
  • Luis E. Navia, (2005), Diogenes The Cynic: The War Against The World. Humanity Books.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Нахов И. М. Философия киников Arxivləşdirilib 2021-09-20 at the Wayback Machine. М.: Наука, Москва, 1982, s. 73.
  2. Асмус В. Ф. Античная философия Arxivləşdirilib 2015-04-16 at the Wayback Machine. М.: Высшая школа, 1976, s. 129–130.
  3. Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, pp. 220–221.
  4. Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, p. 221.
  5. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 550 – 551. ISBN 978-9952-441-02-4.