AX

межд. ах, агь (1. тажубвал, мурад, цӀ��гелвал, гьасрет ва мс. гьиссер къалурдай гаф; гагь-гагь тикрар формада “ах! ах!” хьиз кӀвалахарда; 2. гъуьнтӀ, туьнбуьгь, меземмет къалурдай гаф).
AHUYERİŞLİ
AX-TÜF
OBASTAN VİKİ
.ax
.ax — Aland adalarının internet kodu.
Ax-Ox çay
Ax-Ox çay və ya Ohox çay — İsmayıllı rayonundan axan, Əyriçayın (Göyçayın qolu) sağ qollarından biri. Çay Qovdağ silsiləsindən 2000 metr yüksəklikdən başlayır. Axarı boyunca bəzi hissələrdə Dəvəbatan çayı da adlandırılır. Qədim türk dilində axlak – “yüksəklik, zirvə”, oxlok – “su, çay, axar su” deməkdir. Axox “dağ çayı” mənasını ifadə edir.
Cədvəl axtarışı
table lookup ~ табличный поиск ~ çizelgeye bakma ~ cədvəl axtarışı – lazım olan verilənlərin qabaqcadan yaradılmış qiymətlər cədvəlində axtarılması üçün müyyən qiymətdən istifadə olunması prosesi. Məsələn, alış qiymətindən istifadə etməklə vergilər cədvəlindən uyğun dövriyyə vergisini axtarıb tapmaq lazımdır. table ~ таблица ~ çizelge ~ cədvəl – 1. Relyasiyalı verilənlər bazasında: eyni struktura malik verilənlər yığını. Bax: RECORD; Sin: DATABASE FILE. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Cəfər Axundov
Cəfər Hacı Şeyx Həsən oğlu Axundov (1878, Nehrəm – 1931, Gəncə) — Zaqafqaziya Seyminin müsəlman fraksiyasına mənsub deputat. Cəfər Hacı Şeyx Həsən oğlu Axundov 1878-ci ildə Naxçıvanın Nehrəm kəndində anadan olub. Cəfər ailənin 2-ci uşağı idi. Atası Hacı Şeyx Həsən Molla İmamqulu oğlu Mollazadə Gəncəvidir. Anası Məşədi Xədicə xanım Cəlil Məhəmmədquluzadənin məşhur "Usta Zeynal" hekayəsinin baş qəhrəmanı Usta Zeynalın qardaşı qızıdır. Cəfər Axundov təhsilini Gəncə gimnaziyasında alıb. O, erkən yaşlarından siyasətlə maraqlanmağa başlayıb. 1903-cü ildən RSDFP-yə daxil olan "Hümmət" partiyasının menşevik üzvü və Azərbaycanda ilk marksist dərnəklərini quranlardan biri olaraq gizli fəaliyyət göstərib. Qardaşı nəvəsi Rasim Axundovun bildirdiyinə görə, Leninin ona yazdığı məktub onların ailəsində saxlanılırmış və sonralar DTK-dan gələnlər o məktubu aparıblar. 1905-ci ildə Gəncə sənət məktəbi şagirdlərinin nümayişini təşkil etdiyinə görə həbs edilən C. Axundov Gəncədə və Bakıda zindanda yatıb və az sonra Krasnodar (Yekaterinodar) quberniyasına 5 illik sürgünə göndərilib.
Cənnət axtarışında (film, 2008)
Cənnət axtarışında (Rom: Jannat; ing: Jannat: In Search of Heaven...) — Kunal Deşmuxun rejissorluğu və Mukeş Bhattın prodüserliyi ilə 2008-ci ildə hind dilində çəkilmiş romantik cinayət filmidir. Filmdə baş rollarda Sonal Çauhan ilə Emraan Haşmi çəkilmişdirlər. Film 16 may 2008-ci ildə nümayiş etdirilmişdir və tənqidçilərdən müsbət rəylər alaraq dünya miqyasında böyük müvəffəqiyyətlər əldə etməyi bacarmışdır.
Cənub qrupu (AXC)
Şərq Cəbhəsi Komandanlığı — 1918-ci ilin iyulun 16–18-də Azərbaycan və Türkiyə hərbi hissələrindən ibarət Qafqaz İslam Ordusu (QİO) qüvvələrinin daha çevik və səmərəli idarəsinə nail olmaq məqsədilə yaradılmış taktiki qrup. QİO-nun hissə və bölmələri S.Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin bolşevik-daşnak qüvvələrinə qarşı Göyçay-Şamaxı-Bakı şose yolu və Gəncə-Bakı dəmir yolu xətti boyunca hücuma başlamışdı. Müsüslü-Qaraməryəm və Ağsu-Kürdəmir xəttindəki döyüşlər vahid plan əsasında həyata keçirilirdi. Lakin hücum istiqamətləri bir-birindən məsafəcə uzaqlaşdığından bu və ya digər hissənin qısa müddət ərzində Göyçay-Şamaxı-Bakı şose yolundan dəmir yolu ətrafına atılması və ya geri çəkilməsi çətinləşirdi. Ona görə QİO komandanlığının ��mri ilə Bakıya gedən şose yolu ilə hərəket edəcək hissə və bölmələr bir taktiki qrupda birləşdirildi. 10-cu Qafqaz piyada alayının komandiri şimal qrupu adlandırılan bu taktiki qrupun komandiri təyin edildi. Dəmir yolu boyunca hərəkət edən qüvvələr isə Cənub qrupu adlandırıldı və polkovnik Həbib bəy Səlimov onun komandiri təyin edildi. Bu iki taktiki qrupa rəhbərlik isə xüsusi olaraq yaradılmış Şərq Cəbhəsi Komandanlığına tapşırıldı. Bu komandanlıq bəzən Bakı cəbhəsi komandanlığı da adlandırılırdı. 5-ci Qafqaz firqəsinin komandiri Mürsəl bəy Şərq Cəbhəsi komandanı təyin edildi.
Dərinə axtarış alqoritmi
Dərinə axtarış alqoritmi — qraf və ya ağacda axtarış etmək üçündür. Başlanğıc (kök) nöqtəsindən başladıqdan sonra bir qol üzrə sona kimi axtarış edir, ondan sonra isə geri qayıdaraq digər qol üzrə axtarış etməyə başlayır.
Elm tanrı axtarışında (kitab)
Elm Tanrı Axtarışında (ing. God's Undertaker) — Con Lennoksun "Elmi bestseller" silsiləsindən olan kitabı. 📌 Kitabda elmi debatların əsas mövzuları – kainatın mənşə və quruluşu, həyatın, onun əsas növlərinin necə yaranması və genetik kodun məlumatla zəngin məzmunu araşdırılır. Elm tarixinin bizə necə yanlış öyrədildiyi, elmin onların tərəfində olduğunu söyləyənlərin, əslində, necə əsassız danışdıqları, hər şeyi yaradan və hər an idarə edən bir Tanrının varlığının nə üçün elmi cəhətdən də ən tutarlı izah olduğu qeyd edilir. "Bir sıra müasir şərhçilərə inanası olsaq, elm Tanrını bir küncə sıxışdırıb, öldürüb, sonra da hərtərəfli izahatları ilə dəfn edib. Onlar deyirlər ki, ateizm intellektual olaraq əsaslandırılmış yeganə mövqedir və Tanrını yenidən təqdim etmək üçün istənilən cəhd elmin tərəqqisinə mane ola bilər. Bu təşviqedici və düşündürücü kitabda Con Lennoks bizi bu cür iddiaları çox diqqətlə nəzərdən keçirməyə dəvət edir. O soruşur: "Doğrudanmı, elmdə hər şey məhz ateizmə işarə edir? Bəs mümkündürmü ki, teizm elmlə ateizmə nisbətən daha rahat uzlaşsın? Elm Tanrını dəfn edib, ya yox?" Kitabda elmi debatların əsas mövzuları – kainatın mənşə və quruluşu, həyatın, onun əsas növlərinin necə yaranması və genetik kodun məlumatla zəngin məzmunu araşdırılır.
Elmira Axundova
Elmira Axundova (deputat)
Elmira Axundova (I)
Axundova Elmira Ağa qızı (1911, Bakı – 1988, Bakı) — azərbaycanlı müğənni, Azərbaycan SSR Əməkdar artisti (1958). Elmira Ağa qızı 1934–1959-cu illərdə AOBT-nda, 1938-ci ildən həm də Azərbaycan Musiqili Komediya Teatrında çıxış etmişdir. "Arşın mal alan" musiqili komediyasında Gülçöhrə və Asya, "Koroğlu" operasında Nigar partiyalarını ifa etmişdir. Babası Məmməd bəy Əhməd bəy oğlu Əhmədbəyov — Çar Rusiyası ordusunun polkovniki. Məmməd bəy Əhməd bəy oğlu 1864-cü ildə Şuşa qəzasının Cavanşir sahəsinin Xanməmmədsərkarlı obasında dünyaya gəlmişdi. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa şəhər məktəbində oxumuşdu. Tiflisdə Hərbi Məktəbdə təhsilini davam etdirmişdi. Məktəbi bitirəndən sonra çar ordusunda hərbi xidmətə başlamışdı. İlk hərbi qulluğunu Xankəndində etmişdi.
Elmira Axundova (deputat)
Elmira Hüseyn qızı Axundova (26 may 1953, Ramensk rayonu[d], Moskva vilayəti) — Azərbaycan Respublikasının Xalq yazıçısı (2018), nasir, publisist, tərcüməçi, ədəbiyyatşünas, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1984), Azərbaycan Respublikası Milli Məclisinin III (2005), IV (2010) və V çağırış (2015) deputatı, Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri (2020–2023).Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü(17.10.2023-cü ildən) Elmira Axundova1953-cü il mayın 26-da Moskva vilayətinin Ramensk rayonunda anadan olmuşdur. Bakı xoreoqrafiya məktəbi yanında ümumtəhsil məktəbini bitirdikdən sonra şəhər 3 saylı texniki məktəbində stenoqrafiya ixtisasına yiyələnmişdir. Sonra ADU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir (1976). İlk bədii tərcüməsini — Hüseyn İbrahimovun "Nəcibənin ürəyi" hekayəsini 1978-ci ildə, ilk elmi məqaləsini isə 1979-cu ildə "Literaturnıy Azerbaydjan" jurnalında çap etdirmişdir. Əmək fəaliyyətinə stenoqrafçı kimi başlamışdır (1971), sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor (1977–1980) olmuşdur. Azərbaycan Yazıçılar İttifaqında referent, məsləhətçi işləmişdir (1980–1988). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində böyük elmi işçi olmuşdur (1988–1991). "Literaturnaya qazeta"nın (1990–1998), "Azadlıq" radiostansiyasının (Münhen) Azərbaycan üzrə müxbiri (1993–2000), "Türk dünyası" jurnalının publisistika şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (informasiya məsələləri üzrə katib) seçilmişdir (1991). Azərbaycan Prezidenti yanında əfv komissiyasının üzvüdür (1995-ci ildən).
Elmira Axundova (müğənni)

Elmira Axundova (siyasətçi)

Elçin Axundov
Elçin Hami Əbdül oğlu Axundov — Azərbaycanın tanınmış animasiya rejissoru, ssenari müəllifi, kino rəssamı, rəssam assistenti, fazaçı rəssam, fon rəssamı, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2000). Elçin Hami Əbdül oğlu Axundov 7 fevral 1948-ci ildə Bakıda anadan olmuşdur. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1968), Lvov Poliqrafiya İnstitutunda (1978) təhsil alıb. 1966-cı ildən quruluşçu rəssam, animator rəssam, quruluşçu rejissor kimi kino sahəsində çalışır. Kiçik yaşlı uşaqlar üçün "Sənin ilk kitabın" silsiləsindən olan "Qarış-qarış öyrən və çalış", "Ekoloji əlifba", "Əlifba 1" və "Əlifba 2", hətta Üzeyir Hacıbəyovun 90 illiyinə həsr olunmuş kitabın tərtibatını verib. 1994-cü ildən "Azanfilm" animasiya filmləri studiyasının bədii rəhbəridir. 2000-2012-ci illərdə bu studiyanın direktoru olmuşdur. "Qızıl çıraq" və "Naməlum kino" festivallarının qalibidir. 2019-cu ildə 2-ci Beynəlxalq Animasiya Festivalında "Qızıl qayıq" mükafatına layiq görülüb. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
Elçin Axundzadə

Elçin Hami Axundov

Emil Axundov
Emil Axundov (Axundov Emil Əhməd oğlu) — Rusiya alimi; Texnika elmləri namizədi. “Daşımalarda yeni texnologiyalar” Elm‑İstehsalat Şirkətinin texniki direktoru. Axundov Emil Əhməd oğlu 1950-ci il aprelin 28-də Bakıda anadan olub. 1967-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) mexanika fakültəsinə daxil olub və 1972-ci ildə oranı bitirib. SSRİ Elektrotexnika Sənayesi Nazirliyinin Ümumittifaq Elmi-Tədqiqat Elektromaşınqayırma Texnologiyaları İnstitutunun Bakı şöbəsinə (ÜETETİElektromaş BŞ) təyinat alıb. 1974-cü ildə E.Axundov Kiyevdə Ukrayna Elmlər Akademiyası İfrat Bərk Materiallar İnstitutunun aspiranturasının əyani şöbəsinə müsabiqə yolu ilə qəbul edilib. Sintetik almazlardan hazırlanmış metalkəsən alətlərin və SSRİ-də ilk dəfə onun tərəfindən sintezləşdirilmiş kub bor nitridin yeni növlərinin işlənib hazırlanması ilə məşğul olub, əldə etdiyi nəticələrə görə SSRİ müəlliflik şəhadətnaməsi alıb. İfrat bərk materiallardan hazırlanan alətlərin ölkənin xalq təsərrüfatında tətbiqi proseslərini araşdırıb. 1978-ci ildə Kiyevdə namizədlik dissertasiyasını uğurla müdafiə edib. E.Axundov 1978-1982-ci illərdə Bakıda ÜETETİElektromaş BŞ-də və Elektrotexnika Sənayesi Nazirliyinin digər müəssisələrində laboratoriya müdiri vəzifəsində işləyib.
Erməni fraksiyası (AXC)
Erməni fraksiyası — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fraksiyalarından biri; Azərbaycan Xalq Cümhuriyyətinin ümumbəşəri demokratiya ənənələrinə hörmət və sədaqətinin bariz nümunəsi. Azərbaycan Milli Şurasının 1918 il noyabrın 19-da, Cümhuriyyət Parlamentinin formalaşdırılması ərəfəsində Bakıda keçirilmiş iclasında qeyd edilirdi ki, ölkədə yaradılacaq qanunvericilik və idarəçilik hakimiyyəti orqanlarında Azərbaycan ərazisində yaşayan bütün millətlərin nümayəndələri təmsil olunmalıdır. Azərbaycan Milli Şurasının noyabrın 19-da qəbul etdiyi Azərbaycan Məclisi Məbusanının təsisi haqqında qanunda Azərbaycan ərazisində yaşayan millətlərin onların sayına müvafiq surətdə Parlamentdə təmsilçiliyi təsbit olunurdu. Həmin qanuna əsasən, Azərbaycan Parlamentində 21 erməni nümayəndəsi təmsil olunmalı idi.Bu nümayəndələrin 16 nəfəri Gəncə və Şuşadan, yəni Gəncə 8 nümayəndə, Şuşa 8 nümayəndə kimi olmalı və 5 nümayəndə də Bakıdan olmalı idi. Azərbaycan Milli Şurasının Parlamentin çağırılması ilə bağlı Bütün Azərbaycan əhalisinə! müraciətində deyilirdi: Lakin Azərbaycan Milli Şurasının səylərinə baxmayaraq, Bakıda fəaliyyət göstərən erməni və rus milli şuraları nəinki Parlamentə öz nümayəndələrini göndərmədilər, əksinə, Azərbaycan Parlamentinin fəaliyyətə başlamasına cidd-cəhdlə mane oldular. Onlar 1918 il dekabrın 7-də açı-lan Azərbaycan Parlamentinin ilk iclasında iştirakdan imtina etdilər. Ermənilər Azərbaycan Parlamentini boykot etmək taktikasını iki aydan artıq davam etdirərək, yalnız 1919 ilin fevralından Parlamentin iclaslarına qatıldılar. Özü də ermənilər Azərbaycan Parlamentində iki fraksiya — 5 nəfərdən ibarət erməni fraksiyası və 6 nəfərdən ibarət "Daşnaksütyun" fraksiyası ilə təmsil olunmuşdular. Bu fraksiyaların Parlamentdəki sonrakı fəaliyyətləri göstərdi ki, erməniləein Azərbaycan Parlamentində iştirakı Azərbaycan dövlətçiliyinin formalaşmasına, ümumən, Azərbaycan iqtisadiyyatı və mədəniyyətinin inkişafına, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına hər vəchlə mane olmaq, özlərinin millətçi — separatçı "Böyük Ermənistan" yaratmaq xülyasının təbliği üçün yeni bir tribuna əldə etmək məqsədi güdmüşdür.
Etnikos Axna FK
Etnikos Axna FK (yun. Εθνικός Άχνας) — Kiprin Axna vilayətini təmsil edən peşəkar Kipr futbol klubudur. Klub 1968-ci ildə təsis edilmişdir. Klubun hal-hazırkı prezidenti Kikis Filippoudur. Etnikos Axna FK futbolçuları öz ev oyunlarını 7000 nəfər tamaşaçı tutumuna malik Dasaki Stadionunda keçirir. Stadion hal-hazırda ən çox futbol oyunları üçün istifadə olunur və 1997-ci ildə inşa edilmişdir. UEFA turnirlərində çempion olan yeganə kipr komandasıdır. Klub yarandığı vaxtdan Kiprin İkinci Diviziyasında oynamağa başlamışdır. Bir müddətdən sonra klub İkinci Diviziyada az müddət oynamasına baxmayaraq Kiprin Birinci Diviziyasına vəsiqə qazanmışdır. Bu da çox uzun müddət davam etmədi.
Eşqin Axundov
Eşqin Axundov (əsgər)
FTB tərəfindən ən çox axtarılan on şəxs
FTB tərəfindən ən çox axtarılan on şəxs (ing. FBI Ten Most Wanted Fugitives) - Federal Təhqiqat Bürosunun ən çox axtarılan on şəxs siyahısı hər il yenilənir. Bu siyahıya Amerika Birləşmiş Ştatları ərazisində və onun xaricində, ölkə ilə bağlığı olan amansız cinayətlər törətmiş şəxslər daxildir. Siyahı ilk dəfə 1950-cı ildə hazırlanmışdır və həmin dövrdən etibarən hər il müntəzəm şəkildə yenilənir. FTB tərəfindən ən çox axtarılan on şəxsdən birinin yerini deyən və ya tapanlara $200,000 və $1,000,000 aralığında müfakat təyin edilmişdir.
Fuad Axundov
Fuad Axundov (bioloq) — biologiya elmləri namizədi. Fuad Axundov (tədqiqatçı) — Bakının tarixini tədqiq edən tədqiqatçı.
Fuad Axundov (alim)
Axundov Fuad Mirəli oğlu — H. Zərdabi adına Təbiət-Tarix Muzeyinin direktoru, biologiya elmləri namizədi.. F.M.Axundovun paleontologiya elminə olan marağı və təşkilatçılıq bacarığı onu laborantdan muzey müdiri (1970-1999) vəzifəsinə kimi yüksəltdi. Fuad müəllimin elmi fəaliyyətinin əsas istiqaməti kürəkayaqlıların tədqiqinə yönəldilmişdir. Bu mövzuda da elmi əsərlərin nəşrinə nail olmuşdur. O, 1967-ci ildə suitilərin yeni yarımfəslinin nümayəndələri mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdi. Təsvir olunan yeni taksonomik ranq dünya onurğalılar faunasına həsr olunan fundamental kataloqda öz əksini tapmışdır. O, kürəkayaqlıların əmələ gəlməsi, filogeniyası, yayılması, müxtəlif geoloji mərhələlərdə komplekslərinin dəyişilməsi, stratiqrafik korrelyasiyada istifadə olunması və s. məsələləri tədqiq etmişdir. F.M.Axundov 20-dən artıq elmi məqalə, elmi-tədqiqat hesabatının müəllifidir. Fuad Axundov muzey sahəsini yaxşı bilən yüksək ixtisaslı mütəxəssisdir.
Fuad Axundov (bioloq)

Fuad Axundov (tarixçi)
Fuad Hüseyn oğlu Axundov (d. 21 aprel 1968) — Azərbaycanlı tarixçi, "Bakının sirləri" televiziya layihəsinin müəllifi və teleaparıcı. 1986-1988-ci illərdə SSRİ Silahlı Qüvvələrində, Moskva vilayətinin Reutov şəhərində hərbi tikinti qruplarında xidmət göstərmişdir. 1989-1990-cı illərdə Bakı şəhərində Respublika Narkoloji Dispanserində xəstəxana işçisi kimi çalışıb. 1992-ci ildə Norveçin Oslo şəhərindəki yay məktəbində təhsil alıb. Fuad Axundov tədris fəaliyyəti ilə də məşğul olmuşdur. 1992-1993-cü illərdə o, Bakıda 189 saylı məktəbdə rus dili və ədəbiyyatı və ingilis dilini tədris etmişdir. 1993-cü ildən 2006-cı ilə qədər İnterpolun Milli Mərkəzi Bürosunun əməkdaşı, polisin baş leytenantı olub. Atletik gimnastika və uzun məsafəyə üzgüçülüyü sevir.
Fəhlə məsələsi (AXC)
Azərbaycan Xalq Cümhuriyyətində fəhlə məsələsi — Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən mürəkkəb məsələlərindən biri. Azərbaycanda fəhlələr müstəqil sosial zümrə kimi 19-cu əsrin son qərinəsində formalaşmışdır. Əsas hissəsi Bakı neft mədənlərində çalışanlar idi. 1901-ci ildə onların sayı 28 minə çatmışdı, Bakının bütün sənaye sahələrində çalışan fəhlələrin sayı, bütövlükdə 65–70 min nəfər idi. Fəhlələrin sayı qəzalarda da artırdı. Azərbaycan fəhlələrinin tərkibi çoxmillətli, əsas fərqli cəhətlərindən biri isə yüksək dərəcədə təmərküzləşməsi idi. Bəzi hesablamalara görə, Birinci dünya müharibəsi ərəfəsində (1913) Azərbaycanda bütün fəhlələrin sayı 570 min nəfərə çataraq, əhalinin 14,3%-ni, digər bir hesablamaya görə isə 305 min nəfər olmaqla, əhalinin 12,4%-ni təşkil etmişdir. Fəhlələrin tərkibində azərbaycanlıların sayı üstünlüyə malik idi. Müharibə ərəfəsində Bakı fəhlələrinin 37,6%-i (42,4 min nəfər) azərbaycanlılar, 24,7%-i ruslar və digər millət və xalqların nümayəndələri idi. Birinci dünya müharibəsi fəhlələrin say və tərkibində ciddi dəyişikliklər yaratdı.

Digər lüğətlərdə