47°07′48″ şm. e. 10°12′39″ ş. u.HGYO

Arlberq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Arlberq
Arlberg
Ümumi məlumatlar
Mütləq hündürlüyü 2809 m
Hündür nöqtəsi Valluqa
Əsas silsiləsi Alp
Yaranma dövrü Oliqosen
Süxurları metamorfikçöküntülü
Yerləşməsi
47°07′48″ şm. e. 10°12′39″ ş. u.HGYO
Ölkə  Avstriya
Arlberq xəritədə
Arlberq
Arlberq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Arlberq — Avstriya ərazisində olan dağ sistemi. Ən yüksək zirvəsi- Valluqa dağıdır(2809 m). Dağ öz adını hündürlüyü 1793 metr olan Arlberq aşırımından götürüb. Digər bir versiyaya görə isə dağı bu ərazidə geniş yayılmış «Arlenbushes» adlı kol bitkilərinin adı ilə adlandırıblar. Ərazidə bir çox yaşayış məntəqələri və dağ-xizək istirahət mərkəzləri var: Lex, Syurs, Stuben, Sankt-Kristof və Sankt-Anton-am-Arlberq.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Bu dağlar Avstryanın təbiətinin və iqliminin müxtəlifliyi ilə fərqlənən ərazisidir. Arlberq yüksək nival qayalıqları, alp çəmənliyi, buzlaq mənşəli gölləri və əlverişli xizək istirahət mərkəzləri diqqəti cəlb edir. Əraziyə qar çox düşdüyü üçün çoxda yüksək olmayan dağlar həvəskar xizəkçilərin sevimli məkanıdır. Xizək mövsümü daha qısa çəkir, nəyin ki, şərq bölgəsində.

Bölgədə XIV əsrdən bəri bir çox heyvan cığırlarının keçidləri məlum idi. Tədricən yerli əhali bu yollarla duz və sursat ticarəti ilə məşğul olmağa başladılar. Ərazinin çətin relyefi insanların bu silsiləni kəsib keçməsini zəflədirdi. Yüngül sənaye və poçt xidmətinin inkişafı nəticəsində 1824-cü ildən ərazidə yolların çəkilişinə start verildi.

XX əsrdə avtomobil nəqliyatının inkişafı nəticəsində Arlberq silsiləsində tunel tikintisinə qərar verildi. Uzunluğu 14 km olan bu tunel Langen və Sankt-Anton-am-Arlberq məntəqlərini birləşdirməli idi. 5 iyul 1974-cü ildə tunel tikintisinə başlandı və 1 dekabr 1978-ci ildə tunel istifadəyə verildi. Tuneldən keçid pullu olsa da aşırımdan keçən yoldan istifadə pulsuzdur. Tuneldən keçən, uzunluğu 10 km olan dəmir yol isə İnsbruk və Bludens məntəqələrini birləşdirir. Schindlerspitzenin görünüşü

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]