Şərifə Bacı: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Yeni səhifə yaradıldı
Teqlər: Vizual redaktor Dəqiqləşdirmə keçidləri
(Fərq yoxdur)

17:25, 7 aprel 2024 tarixinə olan versiya

Şərifə Bacı
türk. Şerife Bacı
Doğum tarixi təq. 1898
Doğum yeri
Vəfat tarixi dekabr 1921
Vəfat yeri
Vəfat səbəbi hipotermiya
Fəaliyyəti inqilabçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şərifə Bacı (təq. 1898, Seydilər[d], Kastamonu ilidekabr 1921, Kastamonu, Kastamonu ili) ― Türkiyə İstiqlaliyyət müharibəsində iştirak etmiş qadın, türk xalq qəhrəmanı.

Bioqrafiya

Kastamonu vilayətinin Seydilər mahalındakı kəndlərdən birində anadan olub. Doğum tarixi dəqiq məlum olmasa da, evlənəndə onun on altı yaşı olduğu bilinir. Onun toyundan iki ay sonra Birinci Dünya müharibəsi başlamış və əri orduya çağırılmışdır. Altı ay sonra o, ərinin Çanaqqala döyüşündə (1915-1916) öldüyünü öyrənib. Kənd camaatı bu dəfə onu cəbhədə bomba partlaması nəticəsində sol ayağını və bir gözünü itirmiş yaralı müharibə veteranı Topal Yusuf ilə evləndiriblər. Yeni evliliyinin üçüncü ilində Şərifənin Elif adlı bir qızı dünyaya gəlmişdir. Şərifə kənddə demək olar ki, hamıya, hər işə köməklik edən insan idi.[1] [2]

İstinadlar

  1. "Şerife Bacı'nın Hikayesi" (türk). Şerife Bacı. İstifadə tarixi: 2013-08-29.
  2. "Kurtuluş savaşında bir kadın kahraman: Şerife Bacı". Radikal (türk). 2013-07-21. İstifadə tarixi: 2013-08-29.