Müqəddəs Mark bazilikasındakı at heykəlləri: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Yeni səhifə yaradıldı
(Fərq yoxdur)

11:48, 22 noyabr 2023 tarixinə olan versiya

Müqəddəs Mark Bazilikası içərisində orijinal Atlar
Müqəddəs Mark atlarının replikası

Müqəddəs Mark bazilikasındakı at heykəlləri — Roma dövrünə aid dörd tunc at heykəlini təsvir edir. Heykəllər əslində Quadriga kimi tanınan və qələbə mərasimlərində istifadə edilən dörd atın çəkdiyi arabanın bir hissəsidir. Heykəllər 1204-cü ildə Dördüncü Səlib yürüşü zamanı Konstantinopoldan talan edilərək Venesiyaya gətirilib və San Marko Bazilikasının girişinin üstündə quraşdırılıb. Heykəllər 1797-ci ildə Fransa İnqilabı Müharibələri zamanı Napoleon Bonapart tərəfindən Venesiyadan götürülüb Parisə aparılsa da, 1815-ci ildə Napoleon müharibələri bitdikdən sonra Venesiyaya qaytarılıb. Bu gün heykəllər havanın çirklənməsindən təsirlənməməsi üçün bazilika içərisində qorunur. Bazilikadakı heykəllər orijinal heykəllərin replikalarıdır.

Mənşəyi

Heykəllər klassik antik dövrə aiddir və eramızdan əvvəl 4-cü əsrdə yaşamış Qədim Yunan heykəltəraşı Lisippos tərəfindən edildiyi güman edilir. Başqa bir perspektivə görə, heykəllər eramızın 2-ci və 3-cü əsrləri arasında hazırlanıb[1]. Heykəllərin Şərqi Roma paytaxtı Konstantinopolda hazırlanması da mümkündür. Heykəllər ümumiyyətlə bürünc adlansa da, kimyəvi analizlər onların xammalının 96,67% mis olduğunu üzə çıxarıb. Tərkibindəki yüksək mis heykəllərin təxminən 1200-1300 °C-də formalaşdığını göstərir. Heykəllərə civədən istifadə edilərək zərli effekt verilmişdir.

Tarixi

Vinçenzo Çilon tərəfindən 1815-ci ildə atların qayıdışını təsvir edən San Marko Atlarının Qayıdışı.

Heykəllərin əsas bazası ilə birlikdə bu gün Sultanahmet meydanı kimi tanınan Hipodromda yerləşdiyi güman edilir. Heykəllər 1204-cü ildə Dördüncü Səlib yürüşü zamanı Konstantinopolda yerləşirdi. Şəhərin yağmalanmasından sonra heykəllər hersoq Enriko Dandolonun əmri ilə Venesiyaya gətirildi. 1254-cü ildə San Marko Bazilikasının qarşısındakı terrasa qoyulmuşdur. Sonrakı dövrdə, 1797-ci ildə Napoleon Bonapart tərəfindən Venesiyadan götürülmüş heykəllər Parisə aparılaraq Arc de Triomphe du Carrousel adlı zəfər tağının dizaynında istifadə edilmişdir. Napoleon müharibələri 1815-ci ildə Fransanın məğlubiyyəti ilə başa çatdıqdan sonra Venesiyaya qaytarıldı. Heykəllər Venesiyaya Vaterloo döyüşündə iştirak etmiş və Avstriya İmperatoru tərəfindən şəxsən seçilmiş kapitan Dumaresq tərəfindən aparılmışdır.[2] Heykəllər 1980-ci illərə qədər dəyişməz qaldı. Bu gün heykəllər havanın çirklənməsindən təsirlənməməsi üçün bazilika içərisində qorunur. Bazilikadakı heykəllər orijinal heykəllərin replikalarıdır.

İstinadlar